REGİONLAR


Masallıda mikroavtobus minik maşınları ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Masallı, 23 iyun, İ.Cəfərli, AZƏRTAC

Masallıda baş verən qəzada xəsarət alanların sayı 23-ə çatıb.

Onlardan 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, 17-si isə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

X X X

21.51

Masallıda işçiləri daşıyan mikroavtobus minik maşınları ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Əhmədli kəndi ərazisində qeydə alınıb.

Tarlada işdən qayıdan fəhlələrin olduğu mikroavtobus iki minik avtomobilinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüləri və mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 5-i Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 14-ü isə bədənlərinin müxtəlif sınıq diaqnozları ilə Masallı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.