REGİONLAR


Masallıda onlayn kompüter oyunu üzrə rayon birinciliyinin qaliblərinə mükafatlar təqdim olunub

Masallı, 22 may, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında kompüter oyunu (counter-strike global offensive) üzrə rayon birinciliyinin qaliblərinə mükafatlar təqdim olunub. Yarışma Masallının 2020-ci ilin “Gənclər paytaxtı” seçilməsi münasibətilə təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 komandanın iştirakı ilə keçirilən rayon birinciliyinin qalibi adına “Street Gamers” komandası layiq görülüb. “Twitch Azerbaijan” komandası ikinci, “Apone Peek” komandası isə üçüncü yeri tutub.

Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.