REGİONLAR


Masallıda polis veteranına “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı təqdim olunub

Masallı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsində keçirilən tədbirdə polis veteranı Tofiq Şahmarova “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatın təqdim olunması mərasimində çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov Azərbaycan polisinin keçdiyi yoldan danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

H.Əmiraslanov daxili işlər nazirinin 2018-ci il 9 iyul tarixli əmri ilə polis veteranı Tofiq Şirin oğlu Şahmarov təltif edildiyi “Azərbaycan polisinin 100 illiyi” yubiley medalını ona təqdim edib.

Tədbirdə polis veteranları Məmmədağa Şiriyev, Vidadi Məmmədəliyev, Yəhya Mirzəyev, Masallı rayon prokurorunun müavini İlham Səlimov və başqaları çıxış edərək Tofiq Şahmarovun rayon polisindəki fəaliyyətindən danışıb, ona ən xoş arzularını çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.