REGİONLAR


Masallıda qaydaları pozan sürücülər cərimələniblər

Masallı, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin müxtəlif küçə və prospektlərində keçirilən reyd zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar, ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri aşkarlanıb.

Reyd zamanı, həmçinin yol polisi əməkdaşları tərəfindən ictimai nəqliyyatda pandemiya qaydalarına əməl edilib-edilməməsi də yoxlanılıb. Tibbi maskadan istifadə və sosial məsafəyə riayət olunması tələbləri ilə bağlı sürücülərə və vətəndaşlara bir daha xəbərdarlıqlar edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı nəqliyyat vasitələrinin sürücüləri ilə izahat işləri aparılıb və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.