REGİONLAR


Masallıda şəhid Elşad Ağayevin xatirəsi anılıb

Masallı, 20 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Hişkədərə kənd tam orta məktəbində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, “Azərbaycan Bayrağı” ordenli Elşad Ağayevin anım mərasimində igid döyüşçünün xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyətinin Hişkədərə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ağsaqqallar, müharibə veteranları, ziyalılar, şəhidin doğmaları, müəllimlər və şagirdlər iştirak ediblər.

Hişkədərə kənd tam orta məktəbin direktoru İlham Ağayev şəhid Elşad Ağayevin keçdiyi ömür yolundan danışıb.

Masallı Rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev şəhid Elşad Ağayevin döyüş meydanında göstərdiyi igidlikdən, qəhrəmanlıqdan söz açaraq bildirib ki, bu gün Elşad Ağayev kimi igid, Vətən uğrunda canından keçməyə hazır olan oğullarımız yetişir. İşğal altında olan torpaqlarımız tezliklə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad ediləcək.

SHXÇDX Masallı rayon şöbəsinin bölmə rəisi Babək Hacıyev çıxışında qeyd edib ki, Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.

Tədbirin sonunda şəhidin adını daşıyan kənd tam orta məktəbin şagirdləri Elşad Ağayevin döyüş yoluna və qəhrəmanlığına həsr olunmuş şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.