REGİONLAR


Masallıda şəhid Famil Əlizadənin adına bulaq tikilib

Masallı, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Famil Əlizadənin adını əbədiləşdirmək məqsədilə tikilən bulağın açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Famil Əlizadənin qəhrəmanlıqlarından danışıblar.

Şəhidin atası Habil Rəhimov ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Mərasim iştirakçıları bulaq abidə kompleksinin önünə gül dəstələri düzərək şəhid Famil Əlizadənin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Famil Habil oğlu Əlizadə 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, 2017-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb, 2019-cu ilin yanvar ayında ordudan tərxis olunub.

Famil Əlizadə Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 22-də Ərkivan qəsəbəsinin Bağlaküçə qəbiristanlığında torpağa tapşırılıb.

İgid döyüşçü Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.