REGİONLAR


Masallıda şəhidlərin xatirəsinə həsr edilmiş virtual ədəbi-bədi kompozisiya nümayiş olunub

Masallı, 31 iyul, Bağır Əliyev, AZƏRTAC

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin səhnəsində "Haray" adlı virtual ədəbi-bədii kompozisiya nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya Masallı Xalq Teatrının kollektivinin, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, eləcə də məktəblilərin iştirakı ilə səhnələşdirilib.

Ədəbi-bədii kompozisiyada Vətən müharibəsi şəhidlərindən İbrahim Rükabzadə, Sübhan Həsənov, Ramazan Vəliyev, İbrahim Lələyev və Rafael Hüseynovun həyatı və şərəfli döyüş yolundan bəhs edən səhnələr nümayiş olunub, vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndirilib.

Quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidov olan kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi feysbuk səhifəsi vasitəsilə canlı yayımlanıb.

Şəhid valideynləri övladlarına göstərilən ehtirama görə, ədəbi-bədii kompozisiyanın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.