REGİONLAR


Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib

Masallı, 28 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda 150-yə yaxın yeniyetmə 20 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlfağa Yaqubov idmançıları təbrik edərək, yarışın əsas məqsədinin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsini yad etmək, rayonda idmanın yunan-Roma güləş növünə marağı daha da artırmaq, perspektivli idmançıları üzə çıxarmaq olduğunu bildirib, idmançılara uğurlar arzulayıblar.

Rayon birinciliyinin qaliblərinə diplomlar və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.