REGİONLAR
Masallıda taekvondo üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı, 17 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvondo Mərkəzində Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş taekvondo üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən açıq rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda 120 nəfərə yaxın uşaq, yeniyetmə və gənc 11 çəki dərəcəsində qüvvə və bacarığını sınayıb.
Açıq rayon birinciliyinin yekun nəticələrinə əsasən, “Masallı” komandası birinci, “Lənkəran” komandası ikinci, “Biləsuvar” komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə diplomlar və medallar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]