REGİONLAR


Masallıda taxıl yığımına 34 kombayn cəlb olunub

Masallı, 7 iyun, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür ki, Masallının taxıl sahələrində arpa yığımına başlanılıb. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda taxıl yığımı kampaniyasına 34 kombayn cəlb olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu il rayonun fermerləri və məhsul istehsalçıları 10 min 338 hektar sahədə taxıl becəriblər. Əkin sahələrinə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib.

Taxıl yığımına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1454 hektar arpa sahəsindən 3165,5 ton məhsul yığıblar. Arpa sahəsinin hər hektarının məhsuldarlığı 21,8 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.