REGİONLAR


Masallıda tərəvəz məhsullarının yığımı başa çatmaq üzrədir

Masallı, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu ilin məhsulu üçün 3222 hektar sahədə tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular əkiblər. Məhsul istehsalçıları bitkilərə yaxşı qulluq etdiklərinə görə sahələrdə bol məhsul yetişdiriblər.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, rayonun tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların əkin sahəsindən 73659,1 ton məhsul yığılıb. Sahələrdən yığılan məhsulun 9351,7 tonunu xiyar, 17018,8 tonunu pomidor, 1457,8 tonunu sarımsaq, 2285,1 tonunu soğan, 15171,2 tonunu badımcan, 516,4 tonunu kələm, 2395,4 tonunu bibər və 669,3 tonunu qabaq və 4709,9 tonunu sair tərəvəz, 4780,4 tonunu qarpız-yemiş və 15303,1 tonunu isə kökümeyvəlilər və köküyumrular təşkil edib.

Rayonda tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların yığımı başa çatmaq üzrədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.