REGİONLAR


Masallıda tütün yarpağı yığımına başlanılıb

Masallı, 2 iyul, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Masallı rayonunda tütün yarpağı yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 5 ton tütün yarpağı yığılıb.

Bu barədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları 50 hektar sahədə tütün əkiblər.

Məhsul istehsalçıları əkin zamanı daha çox “İmunium” növlü ətirli və qiymətli tütünə üstünlük veriblər.

Rayonda tütünçülüklə məşğul olan fermerləri narahat edən əsas problemlərdən biri məhsulun tədarükü və emalı ilə bağlıdır.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin, Masallı rayonunda tütün qurutma məntəqələrinin yaradılması nəzərdə tutulub.

Masallı rayonunda tütün qurutma və tədarük məntəqələrinin yaradılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlar barədə məsələ qaldırılıb. Problemin həlli rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradıb.

Qeyd edək ki, ötən il Masallı rayonunda 35 hektarda tütün əkilib. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə-“İlham” MMC-yə 53,4 ton, “Azərkooperasiya”ya 2,8 ton, “Tobako-G” MMC-yə isə 1 ton qurudulmuş tütün təhvil veriblər.

Bu il rayonda sahələrdən 60 tondan çox tütün yarpağının yığılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.