CƏMİYYƏT
Masallıda xırdabuynuzlu heyvan oğrusu saxlanılıb

Bakı, 8 iyun, AZƏRTAC
Masallı rayon Qızılağac kəndi ərazisindən kənd sakinlərindən birinə məxsus olan 4 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb və oğurlanan heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.