Masallıda xüsusi karantin rejimi qaydalarını pozanlar inzibati qaydada cəzalandırılıblar
AzerTAg.az
Masallı, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının icrasına nəzarəti gücləndirmək məqsədilə vaxtaşırı reydlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin daha çox toplaşdığı ərazilərdə, xidmət, ticarət və ictimai iaşə obyektlərində keçirilən reydlərdə rayon icra hakimiyyətinin məsul işçiləri, polis əməkdaşları və rayonda koronavirus infeksiyası ilə mübarizə məqsədilə yaradılmış mobil qrupların üzvləri iştirak edirlər.
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Masallı şəhəri ərazisində keçirilən növbəti reyd zamanı karantin qaydalarını pozan 1 nəfər rayon sakini 200 manat, 10 nəfər isə hər biri 100 manat olmaqla ümumilikdə 1200 manat məbləğində cərimə olunublar.


Xəbərin mətnində orfoqrafik səhv var