REGİONLAR


Masallıda yay bal süzümünə başlanılıb VİDEO

Masallı, 20 avqust, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Masallı rayonunda yay bal süzümünə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il ilk dəfə olaraq arıçılara dövlət tərəfindən subsidiyaların verilməsi arıların bəslənməsindəki çətinlikləri aradan qaldırıb, yüksək məhsuldarlığa zəmin yaradıb.

Adətən arı pətəklərindən bal kəsimi yaz və yay aylarında olmaqla 2 dəfə aparılır. Lakin daha çox məhsul əldə etmək üçün bəzi arıçılar yalnız yayda bal kəsimi aparırlar.

Bu il hər bir arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsi fermerlərin zərərvericilərə qarşı vaxtında mübarizə aparmasına şərait yaradıb.

Həmçinin bu ildən etibarən cənub bölgəsində istehsal olunan balın Rusiya və Ukraynaya ixracına başlanılıb. Hazırda arıçılar sifarişləri yerinə yetirmək üçün səylə çalışırlar. Orta hesabla bir kiloqram balın qiyməti 25-30 manat arasında dəyişir.

Arçılar bal ilə yanaşı ondan bir neçə dəfə baha satılan məhsullar da əldə edirlər. Müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan “Çiçək tozu” 70, “Güləm” 150, “Vərəmum” isə 400 manata satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.