Masallıda yazlıq bitkilərin əkininə başlanılıb
AzerTAg.az
Masallı, 5 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun təsərrüfatlarında bu ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1067 hektar sahədə yazlıq əkin həyata keçiriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhsul istehsalçıları indiyədək rayonda 705,5 hektarda kartof, 122,5 hektarda paxla, 239 hektarda tərəvəz bitkiləri, o cümlədən 2,5 hektarda kələm, 2 hektarda xiyar, 40,5 hektarda soğan, 68,5 hektarda sarımsaq, 125,5 hektarda sair tərəvəz bitkiləri əkiblər.
Hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Xəbərin mətnində orfoqrafik səhv var