REGİONLAR


Masallıda yeni sitrus meyvə bağları salınır

Masallı, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Son illər Masallı rayonunda ənənəvi təsərrüfat sahəsi olan sitrusçuluğun inkişafına diqqət artıb. Fermerlər bu il 41 hektar sahədə yeni sitrus bağları salmağı nəzərdə tutublar. Hazırda rayonda yeni sitrus meyvə bağları salınır.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Tüklə, Məmmədoba, Mahmudavar, Babaser, Masallı və başqa ərazilərində əkin sürətlə davam edir. İndiyədək 4,6 hektar sahədə əkin başa çatıb. 7,5 hektar sahəyə Astara rayonundan gətirilmiş yerli və yapon növündən olan narıngi tingi köçürülür. Daha 29 hektar sahə də əkinə hazırlanır.

Payız fəslinin sonuna kimi rayonda 38 hektarda narıngi, 3,5 hektar sahədə isə limon bağı salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.