REGİONLAR
Masallıda yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə seçim turu təşkil edilib
Masallı, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Masallı rayon seçim turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasında rayonun tam orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak ediblər.
Yarışın yekun nəticələrinə əsasən, Masallı şəhər 3 nömrəli tam orta məktəbinin komandası birinci, Bala Kolatan kənd tam orta məktəbinin komandası ikinci, Sığıncaq kənd tam orta məktəbinin komandası üçüncü yerlərə layiq görülüblər.
Yarışmada fərqləndiyinə görə “Dəfinə” məktəb-liseyinin komandası diplomla mükafatlandırılıb.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin diplomları təqdim olunub.