REGİONLAR
Masallıda yeniyetmələr arasında boks üzrə rayon birinciliyi başa çatıb
Masallı, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Boks Mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda 88 yeniyetmə idmançı 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Qaliblərə diplomlar təqdim edilib.
Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov yarış iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, onları hörmətlə yad edir. Hər il bu faciənin ildönümündə keçirilən müxtəlif tədbirlərdə erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamın baş vermə səbəbləri, təfərrüatları bir daha yada salınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]