REGİONLAR


Masallıda yerli yazarların yeni kitablarının təqdimatı olub

Masallı, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Mərkəzi Kitabxanasında yerli yazarlar Ələşrəf Niftiyevin “Seçilmiş hekayələr” və “Uşaqlar üçün hekayələr”, Dadaş Məmmədovun “Bulaqlar könlümün ilham çeşməsi”, Arif Fərzəlinin “Tarix kitabı”, Rəsul Rzayevin “Oğul arxalı Vətən” kitablarının təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən yazarlardan Həmdulla Məmmədov, Ələddin Nəzərov, Xanəli Ağayev, Əlisa Qədiyev, Qəhrəman Tovuzlu yeni kitabların bədii məziyyətlərindən danışıblar.

Çıxış edənlər yeni kitablardakı şeir və hekayələrin mövzu rəngarəngliyi ilə seçildiyini qeyd edərək, çap olunan bədii əsərləri Masallı oxucularına yeni töhfə kimi dəyərləndiriblər.

Tədbirdə Masallı Rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev bu yaxınlarda yubileyləri qeyd olunmuş şair Qəhrəman Tovuzluya və şair-publisist Rəsul Rzayevə təşkilatın fəxri fərmanını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.