REGİONLAR


Masallıda yol hərəkəti qaydalarını pozan sürücülər və piyadalar cərimələniblər

Masallı, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə keçirilən növbəti reyd zamanı piyada keçidlərindən istifadə etməyən piyadalar aşkarlanıb.

Dövlət Yol Polisinin əməkdaşları tərəfindən həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və onlara bir daha izah edilib ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməklə onlar öz həyatlarını təhlükəyə atmaqla bərabər, digər hərəkət iştirakçıları üçün də maneə və çətinlik yaratmış olurlar.

Reyd zamanı, həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilib və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.