REGİONLAR


Masallıdakı “Cümə” məscidində qazilərlə görüş keçirilib

Masallı, 10 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki “Cümə” məscidində qazilərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və QMİ-nin Masallı rayonu üzrə qazisi Rəşid Talıbov dinimizin qazilərə, şəhidlərə verdiyi dəyərdən, torpağa, Vətənə məhəbbətin müqəddəsliyi barədə danışıblar.

Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi Mirnizam Vahabov çıxışlarında 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu yüksək dəyərləndiriblər.

Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Cəmaləddin Məmmədov və digər qazilər Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri igidliklərdən danışaraq, ölkəmizdə müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

Görüşdə qazilərə hədiyyələr təqdim edilib.

Sonda tədbir iştirakçıları Masallı şəhərindəki “Qəhrəmanlar” abidəsini ziyarət ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.