REGİONLAR
Masallıdakı “Ümidim sənsən” İctimai Birliyi sakinlərə pulsuz çörək təklif edir
Masallı, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Ərkivan qəsəbəsində fəaliyyət göstərən “Ümidim sənsən” İctimai Birliyi yeni növ koronavirusun (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi günlərində rayonda keçirilən xeyriyyə aksiyasına qoşularaq aprelin 1-dən etibarən sakinlərə pulsuz çörək təklif edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pulsuz çörəklər Ərkivan qəsəbəsindəki “Şahin” və “Qala” marketləri vasitəsilə imkansız ailələrə verilir.
Aprelin 5-dən isə xeyriyyə aksiyası rayonun Bədalan kəndindəki “Ruzi” marketində və digər ticarət obyektlərdə davam etdirilib.
İctimai birliyin əməkdaşları aksiya çərçivəsində qəsəbədəki aztəminatlı ailələrə ərzaq bağlamaları da paylayıblar.