REGİONLAR


Masallıdan olan müəllim “Ən yaxşı xarici dil müəllimi” nominasiyanda qalib gəlib

Masallı, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Fransız dili müəllimləri Assosiasiyası (APFAZ) və Xarici Dillər Universitetinin birgə təşəbbüsü ilə ölkəmizdə xarici dil üzrə “Ən yaxşı xarici dil müəllimi”, “Xarici dili ən yaxşı tədris edən məktəb”, “Xarici dildə ən yaxşı nəticə göstərən şagird” nominasiyası üzrə müsabiqə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Şərəfə kənd tam orta məktəbinin xarici dil müəllimi Məmmədova Naidə Şakir qızı “Ən yaxşı müəllim” nominasiyası üzrə qalib olub. Onun iki şagirdi də nominasiyanın qalibləri sırasında yer alıb.

Qeyd edək ki, Naidə Məmmədova Qabaqcıl təhsil işçisi və Prezident mükafatçısıdır. 2011-ci ildə respublika üzrə “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi olub, 2019-cu ildə Türkiyədə Xalqlararası Türk Dünyasının “Sosial bilimlər və Tədris bilimləri” Konqresində “Yeni təlim strategiyaları müasir paradiqmlər kontekstində” layihəsi ilə Dədə Qorqud mükafatına layiq görülüb.

Bakı şəhərində qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros və APFAZ-ın prezidenti Gülbəniz Camalova Naidə Məmmədovaya mükafatı təqdim edərək, ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.