REGİONLAR


Masallılı məktəblilər Respublika fənn olimpiadasında uğurlu nəticələr qazanıblar

Masallı, 4 iyun, Bağır Əliyev, AZƏRTAC

2020-2021-ci tədris ilinin Respublika Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Sığıncaq kənd tam orta məktəbinin IX sinif şagirdi Rövnəq Cəfərov Respublika fənn olimpiadasında coğrafiya fənni üzrə ikinci, Köhnə Alvadı kənd tam orta məktəbinin XI sinif şagirdi Elvin Əsgərov tarix fənni üzrə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, Masallı rayonunun Təzə Alvadı kənd tam orta məktəbinin X sinif şagirdi Günel Cəfərova Respublika fənn olimpiadasının kimya fənni üzrə keçiriləcək final mərhələsində iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.