REGİONLAR


Masallının Boradigah qəsəbəsində inşa edilmiş 624 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

Masallı, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 17-də Masallı rayonunun Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbi üçün inşa edilmiş 624 şagird yerlik, üçmərtəbəli yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inşa edilmiş yeni tədris ocağında müəllimlərin səmərəli fəaliyyəti, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Təhsil Nazirliyinin sifarişi ilə inşa edilmiş yeni tədris müəssisəsində 28 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya otaqları, kompüter otağı, akt və idman zalları, kitabxana, bufet və digər otaqlar var.

Yeni məktəb binası su, elektrik və istilik sistemi ilə, o cümlədən binaya fasiləsiz elektrik enerjisi vermək məqsədilə generatorla təmin olunub.

Məktəbin həyətində mini futbol, həndbol və basketbol meydançaları inşa edilib.

Təhsil ocağı üçün inşa edilmiş yeni binanın açılış mərasimində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin direktoru Nurməmməd Ağayev iştirak ediblər.

Tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.