REGİONLAR


Masallının Çayqıraq kəndində “Şəhidlər” abidə kompleksi istifadəyə verilib

Masallı, 16 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Çayqıraq kəndində Birinci Qarabağ və Vətən müharibəsi döyüşlərində şəhid olmuş kənd sakinlərinin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş “Şəhidlər” abidə kompleksinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzərək, Vətən uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Abidə kompleksinin mərmər lövhəsinə İkinci Dünya müharibəsinin həlak olmuş 29, Birinci Qarabağ müharibəsində şəhid olmuş 2 və Vətən müharibəsində şəhid olmuş 1 nəfər kənd sakininin adı yazılıb, ərazidə “Şəhidlər bulağı” inşa olunub.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışaraq, şanlı Zəfər tarixini yazan Vətən övladlarının xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacaqlarını diqqətə çatdırıblar.

Kənd sakinləri ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.