REGİONLAR


Masallının Gəyəçöl kənd tam orta məktəbi üçün yeni bina tikilir

Masallı, 13 iyun, Bağır Əliyev, AZƏRTAC 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində son illər Masallı rayonunda 50-yə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Gəyəçöl kəndində yeni məktəb binasının inşasına isə ötən ilin iyulundan başlanılıb. 264 şagird yerlik üç korpusdan ibarət binada işlərin demək olar, 80 faizi görülüb.

Müasir tələblər əsasında tikilən yeni məktəb binasında tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılacaq. Məktəbdə 24 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək.

Təhsil müəssisəsinin yeni tədris ilində müəllim və şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.