REGİONLAR
Masallının “Halay” folklor rəqs qrupu Türkiyədən qastrol səfərindən qayıdıb

Masallı, 1 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Mahmudavar kənd klubunda fəaliyyət göstərən “Halay” folklor rəqs qrupu Türkiyənin Nazilli bələdiyyəsinin dəvəti ilə Nazillinin qurtuluşunun 96-cı ildönümü ilə əlaqədar təşkil olunmuş folklor festivalında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10-dan çox ölkənin folklor kollektivlərinin qatıldığı və üç gün davam edən festivalda “Halay”ın üzvlərinə uğurlu çıxışlarına görə təşəkkürnamə və mükafatlar təqdim olunub.
Folklor kollektivinin repertuarına “Ay Lolo”, “Ay Ləli yar”, “Dilşadi”, “Vağzalı” və digər qədim nəğmələr və rəqslər daxildir.
On iki üzvü olan rəqs kollektivinin ən kiçiyinin 18, ən böyüyünün isə 56 yaşı var.