REGİONLAR


Masallının Mahmudavar, Bambaşı və Sərçuvar kəndlərində şəhidlərin adları əbədiləşdirilib

Masallı, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Mahmudavar, Bambaşı və Sərçuvar kəndlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin adlarını əbədiləşdirmək üçün inşa edilmiş abidə komplekslərinin açılış mərasimləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə hər üç kənddə keçirilən açılış mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri və doğmaları, qazilər, hərbçilər və müharibə iştirakçıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Masallı rayonunun Mahmudavar kəndində Birinci Dünya, Birinci Qarabağ və Vətən müharibəsində, Bambaşı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının xatirəsinə inşa edilmiş abidə kompleksləri, Sərçuvar kəndində isə Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib.

Keçirilən mərasimlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları abidə komplekslərinin önünə əklillər və gül dəstələri düzərək şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimlərində çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Şəhid ailələri və qazilər çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimlərdə məktəblilər və balaca fidanlar hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.