REGİONLAR
Masallının Şatıroba kəndində yeni məktəb binası istifadəyə verilib
Masallı, 10 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 10-da - ümummilli lider Heydər Əliyevin doğum günündə Masallı rayonunun Şatıroba kəndində yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə məktəbin həyətində keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov təhsil ocağının pedaqoji və şagird kollektivini, kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Bildirilib ki, son illər rayonda 40-a yaxın yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bunun 20-yə yaxını son dörd ilin payına düşür.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, kənd ağsaqqalı Bayraməli Əsgərov, valideyn Gültəkin Sadıqova, məktəbin müəllimi Ülviyyə Səfərova və başqaları Ulu Öndərin doğum günündə onlara hədiyyə edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.