REGİONLAR


Masallının çay plantasiyalarından 15,5 ton yaşıl çay yarpağı yığılıb

Masallı, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallıda üçüncü çay yığımı kampaniyası davam edir.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib. Bildirilib ki, sentyabrın 1-nə olan məlumata əsasən, rayon üzrə 15,5 ton yaşıl çay yığılıb. Rayonda çay yığımı kampaniyası noyabrın sonunadək davam edəcək.

Qeyd edək ki, Azərbaycanın subtropik zonasında yerləşən Masallıda sovetlər dönəmində 3100 hektaradək çay plantasiyası mövcud olub. Bu sahələrdən 10 min tondan çox yaşıl çay yarpağı yığılırdı və rayonda fəaliyyət göstərən 5 çay fabrikinə təhvil verilirdi. Hazırda isə rayonda 118,2 hektar çay sahəsi var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.