REGİONLAR


Masallının çəltik sahələrindən indiyədək 759 tondan çox məhsul yığılıb

Masallı, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda çəltik yığımı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 253,9 hektar sahədə çəltik əkilib. İndiyədək 222,4 hektara yaxın sahədə biçin aparılıb. Sahələrdən, ümumilikdə, 759,50 tondan çox çəltik yığılıb.

Rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları bu il məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bundan başqa, çəltik əkini zamanı əkinçilər su sarıdan heç bir əziyyət çəkməyiblər.

Bütün bunlar isə məhsuldarlığa müsbət təsir göstərib. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 34,15 sentnerdir.

Qeyd edək ki, ötən il Masallıda 217 hektar sahədə çəltik əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.