REGİONLAR


Masallının din xadimləri Xocalı faciəsi qurbanlarını xatirəsini yad ediblər

Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonu üzrə qazısı və səlahiyyətli nümayəndəsi, icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Videokonfransda çıxış edən DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov bildirib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini bir gecədə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb.

QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Ayıq Səmədov və Elvin Hüseynli çıxışlarında Xocalı soyqırımının Azərbaycan tarixində ən faciəli səhifələrdən biri olduğunu diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.