REGİONLAR
Masallının mədəniyyət işçiləri şəhid ailələrinə və qazilərə Ramazan sovqatları paylayıblar
Masallı, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallının mədəniyyət işçiləri Ramazan ayının başlaması ilə əlaqədar şəhid ailəsini və müharibə iştirakçılarını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşkilatçılığı və dəstəyi, Masallı Regional Mədəniyyət İdarəsinin rəhbər işçilərinin iştirakı ilə keçirilən humanitar aksiyanın iştirakçıları Masallı şəhərində şəhid Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin ailəsini ziyarət ediblər.
Aksiya iştirakçıları sonra rayonun Şərəfə və Musaküçə kəndlərində müharibə iştirakçıları Kamran Xəlilli, Təhmasib Rzayev və Həsənağa Mirzəyevə baş çəkiblər.
Görüşlər zamanı mədəniyyət işçiləri ailələrə Ramazan sovqatları paylayaraq, qazilərin səhhəti və ehtiyacları ilə maraqlanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]