REGİONLAR
Masallının mədəniyyət işçiləri şəhid ailəsinə və müharibə iştirakçılarına Ramazan sovqatı paylayıblar
Masallı, 15 may, Bağır Əliyev, AZƏRTAC
Masallının mədəniyyət işçiləri Ramazan bayramı ilə əlaqədar şəhid ailəsini və müharibə iştirakçılarını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və İdarənin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Vəkil İsmayılov rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Sərvər oğlu Təhməzovun ailəsi ilə görüşüblər.
Şəhid ailəsinin üzvlərini Ramazan bayramı münasibətilə təbrik edən mədəniyyət işçiləri onların problemləri ilə maraqlanıblar.
Mədəniyyət işçiləri, həmçinin rayonun Çaxırlı kəndində şəhid Məhəmməd Nail oğlu Vəliyev və Ziya Zahid oğlu Gözəlovun ailəsinin qonağı olub, Lürən kəndində müharibə iştirakçısı Asif Mirmövsüm oğlu Abdullayevi ziyarət ediblər.
Görüşlər zamanı İdarənin rəhbərliyi ailələri Ramazan bayramı münasibətilə təbrik edərək onlara Ramazan sovqatları verib.