REGİONLAR
Masazır gölü ətrafında təmizlik aksiyası keçirilib
Masazır, 17 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda yerləşən Masazır gölünün ətrafında təmizlik aksiyası təşkil edilib. Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın keçirdiyi aksiya “Masazır gölünün məişət tullantılarından təmizlənməsi – sağlam mühit, sağlam gələcək naminə” şüarı altında reallaşıb. Aksiyada könüllülər iştirak edib.
İctimai Şuranın sədri Elcin Quliyev AZƏRTAC–a bildirib ki, zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları sahil ərazisini plastik əşyalardan və məişət tullantılarından təmizləyib.
Tullantıları yerə atmamaları üçün insanlar arasında təbliğat və maarifləndirmə işləri də aparılıb.
Aksiya pandemiya şəraitinə uyğun olaraq müvafiq qaydalara riayət etməklə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]