CƏMİYYƏT


Masazır qəsəbəsində ev yanıb

Bakı, 25 noyabr, AZƏRTAC

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.