CƏMİYYƏT


Masazır qəsəbəsində evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları məbləğində pul və 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Qəniyev Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş S.Əzizovla bağlı Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bazarda rayon sakinləri olan 6 nəfərin avtomobillərindən mobil telefonları oğurlaması da müəyyənləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.