CƏMİYYƏT


Masazırda çoxmərtəbəli binada partlayış olub

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də səhər 08:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsindəki çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı yeddimərtəbəli binanın üçüncü mərtəbəsindəki ümumi sahəsi 67 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər xəsarətlərlə xəstəxanaya aparılıb. Partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, giriş qapısına ziyan dəyib.

FHN-in əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.