ELM VƏ TƏHSİL


Maşın təlimindən istifadə etməklə vaksinasiya prosesinin COVID-19-a yoluxma hallarına təsiri qiymətləndirilib

Bakı, 14 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun əməkdaşı Aybəniz Əliyevanın həmmüəllif olduqları “Maşın təlimindən istifadə etməklə Azərbaycanda vaksinasiya prosesinin COVID-19-a yoluxma və ölüm hallarına təsirini qiymətləndirilməsi” adlı məruzə Rusiyada onlayn formatda keçirilən X Milli Superkompüter Forumunda müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Mövzu ilə bağlı çıxış edən A.Əliyeva bildirib ki, hazırda COVID-19 pandemiyası dünya miqyasında səhiyyənin probleminə çevrilib. Xəstəliklərin sayına nəzarət etmək üçün bir çox ölkələr karantin, komendant saatı və digər məhdudiyyət tədbirləri görüblər. Alimlər pandemiyaya son qoymaq üçün həll yolları axtarmağa başlayıblar. Görünməmiş tədqiqat səyi və qlobal koordinasiya peyvənd namizədlərinin sürətlə hazırlanması və sınaqdan keçirilməsi ilə nəticələnib.

“Qlobal miqyasda güclü konsensus var ki, COVID-19 peyvəndi müasir dövrdə yoluxucu xəstəliklərlə mübarizənin ən effektiv və sərfəli üsullarından biridir”, - deyən məruzəçi qeyd edib ki, peyvəndlər bir çox xəstəliklərə yoluxma və ölüm səviyyəsini azaltmağa kömək etməklə keçən əsrdə bəşəriyyəti yoluxucu xəstəliklərdən xilas edib: “Bu işdə peyvəndlə təsdiqlənmiş və ölüm halları arasında əlaqəni tapmaq üçün səy göstərilib. 2021-ci il aprelin 1-dən sentyabrın 30-dək olan dövr üçün Con Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin verilənlər bazasından əldə edilmiş Azərbaycanın verilənlər toplusunda k-means klasterləşdirmə əsaslı maşın təlimi metodundan istifadə edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.