CƏMİYYƏT


Maskadan imtina etməyə tələsmək lazım deyil

Bakı, 2 iyun, AZƏRTAC

Açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, ondan tam imtina etmək hələ tezdir. Həkimlər bəzi həssas risk qrupunda olanların açıq havada, xüsusilə insanların sıxlıq təşkil etdiyi ərazilərdə, keçid və dayanacaqlarda, növbə və s. yerlərdə maskadan istifadə etməsini məsləhət görürlər. Bu, məcburiyyət olmasa da, sağlamlıq üçün vacibdir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Əsasən əməliyyatdan təzə çıxanların, tez-tez soyuqlayanların və tez-tez xəstələnənlərin özlərini qorumaq üçün açıq havada maska taxması məsləhətdir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əsasən yuxarı tənəffüs yollarından infeksiya şəklində yoluxur. Ona görə də yuxarı tənəffüs yollarında infeksiya xəstəlikləri - tonzilit, faringit, burun tənəffüsü problemləri və yaxud allergiyası olanların, özündə qrip və virus əlaməti kimi hər hansı narahatlıq hissi edənlərin də açıq havada maskadan istifadə etməsi yaxşı olardı”.

Açıq havada tibbi maskaları bəzən çənəsinə endirənlər, aksesuar kimi qollarına taxanlar, əllərində, ciblərində və çantalarında gəzdirənlər olur. Bu isə infeksiyaya yoluxmaq üçün zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.