İDMAN


Massimiliano Alleqri “Real Madrid”in təklifinə baxmayaraq, “Yuventus”da qalmaq niyyətindədir

Bakı, 8 yanvar, AZƏRTAC

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri “Real Madrid”dən təklif alıb.

AZƏRTAC “Tuttosport” nəşrinə istinadla xəbər verir ki, buna baxmayaraq, 51 yaşlı mütəxəssis “Yuventus”dakı vəzifəsində qalmaq niyyətindədir.

“Biz “Yuventus” ilə müqaviləni uzatmaq istəyirik. İstəyimizə nail olsaq çox sevinərik. Massimiliano Alleqri klub ilə müqaviləni uzatmağa çalışır”, - deyə mütəxəssisin agenti bildirib.

Daha əvvəl xarici KİV-lər M.Alleqrinin “Mançester Yunayted” klubunun maraq dairəsində olduğunu bildirirdilər.

Qeyd edək ki, M.Alleqri “qoca sinyora”nı 2014-cü ildən çalışdırır. O, klub ilə dörd dəfə İtaliya çempionatının, İtaliya kubokunun, bir dəfə isə Super kubokunun qalibi olub. Baş məşqçisinin “Yuventus” ilə hazırkı müqaviləsi 2020-ci ilin yayınadək qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.