CƏMİYYƏT


Maştağa qəsəbə sakininin istixanasından 244 kiloqram çətənə kolu aşkarlanıb VİDEO

Bakı, 27 iyun, AZƏRTAC 

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü polis bölməsi əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb. Qəsəbə ərazisində ona məxsus evin həyətindəki hər birinin sahəsi 250 kvadratmetr olan iki istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 244 kiloqram olan 912 çətənə kolu aşkarlanıb. N.Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək satmaq niyyəti ilə yetişdirdiyini etiraf edib. Axtarış zamanı N.Əliyevin yaşadığı evdən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi da aşkarlanaraq götürülüb.

Faktla bağlı 14-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.