CƏMİYYƏT


Maştağa qəsəbəsində transformator başlığı və elektrik naqili oğurlayan şəxs saxlanılıb

Bakı, 8 fevral, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə fevralın 7-də Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən 8 transformator başlığının və 40 metr uzunluğunda elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri V.Nuriyev, X.Hüseynov və S.Cabbarov qısa müddətdə müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.