İQTİSADİYYAT
MasterCardla övladınıza unudulmaz anlar bəxş edə bilərsiniz
Bakı, 6 oktyabr (AZƏRTAC). “Xalq Bank”ın MasterCard, Maestro və Dizayn Kart plastik kart sahibləri oktyabrın 31-dək lotereyada iştirak etməklə UEFA Çempionlar Liqası çərçivəsində İstanbulda keçiriləcək “Qalatasaray” – “Yuventus” oyununda övladının ulduz futbolçularla sıra düzülüşünə çıxmasını izləmək şansı qazanırlar.
“Xalq Bank”dan AZƏRTAC-a bildirmişlər ki, qeyd olunan müddətdə ticarət məntəqələrində və yaxud internet vasitəsi ilə alış-veriş həyata keçirilərkən bankın MasterCard, Maestro və Dizayn Kart plastik kartları avtomatik olaraq lotereyaya qatılırlar. Məbləğdən asılı olmayaraq plastik kart vasitəsilə həyata keçirilmiş hər bir əməliyyat sahibinə bir uduş şansı qazandırır.
Noyabrın 7-də “McCann Erikson” şirkəti lotereya iştirakçıları arasından üç qalibi müəyyən edəcəkdir.