İDMAN


“Masters” turniri: Nicat Abasov altıncı turda polşalı şahmatçı ilə qarşılaşır

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin altıncı turunun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov altıncı turda Polşa təmsilçisi Radoslav Voytaşek ilə qarşılaşır.

Turun digər oyunlarında polşalı digər şahmatçısı Yan-Kşıştof Duda isveçli Nils Qrandeliusla mübarizə aparacaq. Çexiya şahmatçıları David Navara niderlandlı Jorden Van Forest, Tay Dan Van Nquyen ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gələcəklər.

Yeddi turdan ibarət turnirə aktivində 4 xal olan S.Şenkland başçılıq edir. N.Abasov 3 xalla üçüncü yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.