İDMAN


“Masters” turnirində Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Cəbəllütariqdə beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb. Beşinci turda onun təqibi argentinalı Fernando Peralta olub. Komandamızın digər üzvü Vasif Durarbəyli isə çinli idmançı Hao Yanqın öhdəsindən gələ bilməyib. Beş turdan sonra hər iki şahmatçımızın aktivində 3,5 xal var.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.