İDMAN


Mattia Binotto: Azərbaycanda bizi tamamilə fərqli tras gözləyir

Bakı, 15 aprel, AZƏRTAC

Düşünürəm ki, “Mercedes” bolidləri uik-endin başlanğıcından sürətli olub, onlar təsnifatda bizi qabaqlayıb və bu keyfiyyəti bir daha təsdiq ediblər. Bu, yürüşdən-yürüşə vəziyyətin dəyişə biləcəyini göstərir. Bəhreyndə biz daha sürətli çıxış etdik, bir həftədən sonra isə hər şey əksinə oldu. Güman edirəm ki, bütün çempionat boyu şərait dəyişəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Ferrari” komandasının rəhbəri Mattia Binotto Formula 1 Çin Qran-Prisindən sonra söyləyib.

Komandanın rəhbəri əlavə edib: ”Strateji qərarların qəbulu zamanı biz komanda üçün maksimal nəticələrə nail olmağa çalışırdıq. Biz Maranellodakı bazaya qayıdacağıq, orada telemetriyanı öyrənərək növbəti yürüşə daha yaxşı hazırlaşmaq istəyirik. Zəif cəhətlərimizi aşkar etmək və Bakıya daha güclü qayıtmaq üçün maşını da modernləşdirməyə davam edəcəyik. Orada bizi tamamilə fərqli tras gözləyir, biz uik-endə müsbət əhval-ruhiyyə ilə yanaşmalı və mümkün olan hər şeyi etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.