İDMAN


Matyaj Kek: Azərbaycan millisi çox yaxşı oyun nümayiş etdirdi

Bakı, 12 noyabr, AZƏRTAC

İlk hissəni pis keçirdik. Aqressiya çatmırdı və topa gecikirdik.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirən Sloveniya millisinin baş məşqçisi Matyaj Kek matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan millisi çox yaxşı oyun nümayiş etdirdi. Komandam daha çox Yosip İliçiçi topla təmin etməyə çalışırdı. Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı.

Qeyd edək ki, Lyublyana şəhərindəki "Stojitse" stadionunda baş tutan Sloveniya-Azərbaycan yoldaşlıq oyununda hesab açılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.